Gənc futbolçu güllələndi

Gənc futbolçu güllələndi

İngiltərənin Durhem şəhərində aşağı yaş qrupları üzrə keçirilən oyunda faciə baş verib. Həmin matç zamanı oyuna çıxmaq üçün meydanın kənarında hazırlaşan 11 yaşlı futbolçu başından güllələnib.
Güllə zədəsi alan bu balaca əvvəlcə nə baş verdiyini başa düşməyib. O daşla vurulduğunu zənn edib.
Lakin qan içində olan futbolçunu tez bir zamanda xəstəxanaya çatdırıblar. Həkimlərin səyi nəticəsində uzun sürən əməliyyat uğurlu keçib və futbolçunun başındakı güllə çıxarılıb. Hazırda uşağın vəziyyəti normaldır.
"Güllə bir az aşağı dəysə idi, uşaq kor ola bilərdi”, - deyə həkimlər bildiriblər.
Qeyd edək ki, araşdırma aparan polis 14 yaşlı 3 uşağı saxlayıb. Hazırda istintaq davam edir.