Qış Olimpiadasının xatirə pulları buraxılıb

Qış Olimpiadasının xatirə pulları buraxılıb

Rusiya Federasiyasının Mərkəzi bankı Soçi-2014 Olimpiadasının üçüncü və dördüncü seriyadan olan xatirə pullarını dövriyyəyə buraxıb. 
Olimpiya proqramına görə, "Soçi-2014”un xatirə pullarının dörd seriyada buraxılması nəzərdə tutulur. Ümumilikdə 38 növdə xatirə və 9 növdə investisiya pulları buraxılmalıdır. Qeyd edək ki, birinci və ikinci seriyadan olan pullar artıq dövriyyəyədir.
Rusiya Mərkəzi bankı martın 12-də üçüncü seriyadan olan pulları - 3 rubl nominalında 4 gümüş ("kerlinq”, "xizək”, "konkidə sürətli qaçış”, "kirşə idmanı”), 100 rubl nominalında bir gümüş ("russkaya zima”), 50 rubl nominallıq iki qızıl ("xizəklə trampilindən tullanma”, "hokkey”) və 10 min rubl nominalında bir qızıl ("promotey”) dövriyyəyə buraxıb. Xatirə pullarından biri 25 nominallıq qiymətsiz metaldan hazırlanıb.