«Neftçi İdman Klubu» Ictimai Birliyinin idman xronikası

«Neftçi İdman Klubu» Ictimai Birliyinin idman xronikası



Ağırlıqqaldırma:
Kiprin Limassol şəhərində gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan ağırlıqqaldıranların 6-cı Avropa çempionatı davam edir.
Azərbaycan yığmasının heyətində yer alan «Neftçi İdman Klubu»nun təmsilçisi Boyanka Kostova (53 kq) yaşı 23-ə qədər olan qadın idmançılar arasında qüvvəsini sınayıb. Atletimiz birdənqaldırmada ilk yanaşmasında 88 kq ağırlığı başı üzərinə qaldırıb. İkinci yanaşmada o, 91 kq-ın öhdəsindən gəlib. Üçüncü yanaşmada isə Boyanka 93 kq ağırlığı ram etmək üçün körpücük üzərinə çıxıb. Qeyd edək ki, bu çəki U-23 qadınlar arasındakı birdənqaldırma hərəkətində Avropa rekordunun yenilənməsi demək idi. İdmançımız bu işin öhdəsindən məharətlə gəlib və özünə məxsus olan, 2011-ci ilin noyabr ayında Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında müəyyən etdiyi rekordu yeniləyib. Həmin yarışda o, birdənqaldırma hərəkətində 92 kq-ı başı üzərinə qaldırmışdı. Limassolda Kostova təkanla qaldırma hərəkətinə də uğurla başlayıb. Atlet əvvəlcə 105 kq-lıq ağırlığı ram edib. Növbəti dəfə sifariş verdiyi 110 kq-ı yalnız iki yanaşmada qaldıra bilib və bu hərəkətdə gümüş medal qazanıb. Toplam 203 kq (93+110) nəticə göstərən Boyanka Kostova gənclər arasında Avropa çempionu olub.



Taekvondo:
Noyabrın 25-də Türkiyənin Antalya şəhərində startı verilmiş taekvondo üzrə klublararası Avropa çempionatına yekun vurulub.
Ölkəmizin 7 komanda ilə qatıldığı yarışda «Neftçi İdmanKlubu»nun taekvondoçuları da mübarizə aparıblar. Komandamızın üzvlərindən Zəlimxan Rəsulov (63 kq) qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 55 kq çəkidə çıxış edən Məmmədəli Quliyev isə qitə yarışının gümüş medalına layiq görülüb.
«Neftçiİdman Klubu» Avropa taekvondo klubları arasında (oğlanlar) 2-ci yeri tutub. Qeyd edək ki, noyabrın 28-30-da elə həmin şəhərdə DünyaTaekvondo Federasiyası vəTürkiyəTaekvondo Federasiyası tərəfindən təşkil ediləcək G1 kateqoriyalı «TurkishOpen»də isə klubumuzun 11 yetirməsi Azərbaycan millisinin heyətində mubarizəyə qoşulacaq.

Qılıncoynatma:
Fransanın Orlean şəhərində sablyaçılar arasında Avropa kuboku keçirilib. Komanda yarışında «Neftçi İdman Klubu»nun üzvləri (Səbinə Mikina, Fatma İbrahimova, Sevil Bunyatova və Sevinc Bunyatova) də bacarıqlarını nümayiş etdiriblər. Bu yarışın dörddəbir final mərhələsində komandamız İtaliyanın «Roma» kollektiviilə görüşüb və rəqibini 45:44 hesabı ilə məğlub edib. Yarımfinalda isə Polşanın «Varşava» klubu ilə gedən gərgin mübarizədə komandamız 42:45 hesabıilə məğlub olub və bürünc medal qazanıb.



Cüdo:
Sloveniyanın paytaxtı Lyublyanada yeniyetmələr arasında təşkil olunan cüdo üzrə beynəlxalq turnir sona çatıb. 26 ölkədən 700-ə yaxın idmançının qatıldığı yarışda cüdoçularımız uğurlu çıxışları ilə yadda qalıblar. Belə ki, klubumuzunyetirmələriturnirin 7 medalına (1 qızıl, 2 gümüş, 4 bürünc) yiyələniblər. İdmançılarımızdan 60 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Əliyev bütün görüşləri qələbəilə başa vuraraq qızıl medal əldə edib. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Əkrəm Sadıqov (50 kq) və Nurlan Əliyev (55 kq) gümüş, Azər Bədəlovla (60 kq) RəvanHüseynzadə (73 kq) isə bürünc medala layiq görülüblər. Qadın idmançılardan Leyla Əliyeva və İlahə Əhlimanova (hər ikisi 52 kq) da fəxri kürsünün 3-cü pilləsində dayanıblar.

Futzal:
Futzal üzrə Azərbaycan çempionatında 6-cı turun oyunlarına start verilib. «Neftçi İK» komandasıbu tur çərçivəsində «Ekol»la qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun «ABU Arena»da gerçəkləşib. Rəqibindən daha yaxşı təsir bağışlayan «Neftçi İdman Klubu» növbəti qələbəsini qazanıb - 3:2.
Bununla da xallarının sayını 12-yə çatdıran komandamızı13 xalla turnir cədvəlinin hazırkı lideri «Fənərbağça»dan cəmi 1 xal ayırır.


Futbol:
Noyabrın 26-da start götürən birinci divizionun 13-cü turu çərçivəsində dünən daha üç oyun keçirilib. «Neftçi İdman Klubu»nun «Qaradağ Lökbatan» komandası Qazaxda «Göyəzən»lə üz-üzə gəlib. Qazax şəhər stadionunda baş tutan qarşılaşma əvvəldən axıradək komandamızın üsyünlüyü müşayiət olunub. «QaradağLökbatan» artıq 13-cü dəqiqədə Aydın İslamovla hesabı açıb. Gərgin keçən birinci hissə komandamızın minimal üstünlüyü ilə başa çatıb. Fasilədə baş məşqçi Adil Mahmudovun xüsusi göstərişlərini diqqətə alan futbolçular ikinci hissədə fəallıqlarını bir qədər də artırıblar. 65-ci dəqiqədə İlham Allahverdiyev komandasının 2-ci qolunu vurub. Hücumlarının kəsərini artıran «QaradağLökbatan» komandası cəmi 10 dəqiqə sonra hesabı artırıb. Əbülfəz Hüseynlinin və komandamızın sonuncu qolu 75-ci dəqiqədə reallaşıb.
Qazandığı qələbə ilə xallarının sayını 29-a çatdıran komandamız hazırda turnir cədvəlinə başçılıq edən «Neftçala» komandasıyla liderdir.



Sambo:
Hövsan Olimpiya İdman Kompleksində sambo üzrə Bakı şəhər çempionatı keçirilib. Paytaxt yarışında aşkar üstünlükləri ilə seçilən «Neftçi İdman Klubu»nun samboçuları 8-i qızıl, 5-i gümüş və 10-u bürünc olmaqla çempionatın 23 medalını qazanıblar. OnlardanVüsal Süleymanov (52 kq), Mehman Xəlilov (57 kq), Bəhruz Rəcəbov (62 kq), Kamran Əsgərov (68 kq), Zöhrab Bağırov (74 kq), Çingiz Ramazanov (90 kq), ElşadYunisov (100 kq) və Etibar Teymurov (+100 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq Bakı çempionatının qalibi olublar.




«Neftçi İdman Klubu» İctimai Birliyinin
mətbuat xidməti