Rusiyanın Krasnodar vilayətinin Krasnaya Polyana qəsəbəsində daşqın baş verib. Təbii fəlakət nəticəsində burada işləyən 700 fəhlə Krasnaya Polyanadan Soçi şəhərinə köçürülüb.
Xilasedicilərin dediklərinə görə, daşqına Mzımta çayının öz məcrasından çıxması səbəb olub. Hadisə yerində işləyən cənub regionu üzrə xilasedici qrup çayın öz məcrasına düşdüyünü və təhlükənin sovuşduğunu bildirib.