Pilotun titulu əlindən alına bilər

Pilotun titulu əlindən alına bilər

«Red Bull» komandasının pilotu, «Formula-1» üzrə 2012-ci dünya çempionu Sebastyan Fettelin titulu əlindən alına bilər. Məsələ burasındadır ki, Braziliyada keçirilən sonuncu Qran-pri yarışlarında Fettel qaydaları pozub. Belə ki, o, qadağan siqnalından sonra ötmə əməliyyatı edib. Əgər alman pilotun günahı təsdiqlənərsə, onun vaxtından iyirmi saniyə kəsiləcək. Nəticədə, Fettel 4 xal itirirək 8-ci yerdə qərarlaşacaq. Beləliklə, alman pilotun ümumi xalı 277 olacaq. Dünya çempionatında 2-ci yerə çıxan ispaniyalı pilot Fernando Alonso («Ferrari») isə 278 xala malikdir. Deməli, dünya çempionu titulu Fettelin əlindən alanıraq Alonsoya veriləcək. Beynəlxalq Avtomobil idmanı Federasiyası (FİA) bu məsələ üzərində araşdırmalar aparır. Maraqlıdır ki, Fettelin qaydalara zidd hərəkəti İspaniya mətbuatında geniş işıqlandırılır. Çünki alman pilotun əlindən alınacaq xallar məhz ispaniyalı Alonsonun dünya çempionu olmasına imkan verəcək.