Kriketçi dünyasını dəyişib

Kriketçi dünyasını dəyişib


Kriketçi Fil Hughesin başına kriket topu dəyməsi faciəyə səbəb olub. Sidneydə (Avstraliya) keçirilən yarış zamanı balaca top 25 yaşlı idmançının başına dəyib və o, huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan idmançı beynindən əməliyyat olunsa da, 2 gün komada qalıb və vəfat edib. Hadisə "Cənubi Avstraliya” və "Yeni Cənubi Galler” komandaları arasında keçirilən oyun zamanı qeydə alınıb.