Nəticələri «Tissot» şirkəti dəqiqləşdirəcək

Nəticələri «Tissot» şirkəti dəqiqləşdirəcək

Beynəlxalq Tələbə idmanı Federasiyası (FİSU) məşhur «Tissot» şirkəti ilə uzunmüddətli müqavilə imzalayıb. Bu şirkət 2013-cü ildə Kazanda (Rusiya) keçiriləcək Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında əsas rollardan birini oynayacaq. Belə ki, universiada yarışlarında nəticələrin dəqiq yoxlanılması üçün şirkət tərəfindən xronometraj və digər avadanlıqlar hazırlanacaq. Şirkətin prezidenti Fransua Tebo FİSU ilə bağlanan müqavilənin onlar üçün böyük əhəmiyyət daşıdığını deyib. «Biz öz təcrübəmizdən yararlanaraq yarışlarda əldə olunan nəticələrin dəqiqləşdirilməsinə kömək edəcəyik. Qeyd edim ki, bizim şirkət əvvəllər iki dəfə Tələbələrin Ümumdünya Yay Universiadası ilə əməkdaşlık edib. «Tissot» bu il İtaliyanın Trentino şəhərində təşkil olunacaq 26-cı Qış Universiadasının da tərəfdaşıdır», - deyə o bildirib.