Azərbaycanlı fotoqraf Böyük Britaniyada keçirilən müsabiqənin qalibi olub

Azərbaycanlı fotoqraf Böyük Britaniyada keçirilən müsabiqənin qalibi olub

Gənclər və İdman Nazirliyinin fotoqrafı Dilavər Nəcəfov Böyük Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə "Azərbaycan idmanı fotokamerada” mövzusunda keçirilən müsabiqənin qalibi olub. D.Nəcəfov Pekin-2008 Yay Olimpiya Oyunlarında gimnastımız Aliyə Qarayevanın lentlə çıxışını əks etdirən fotosuna görə müsabiqənin qalibi seçilib.
Müsabiqənin ikinci yeri fransalı Paul Robion, üçüncü yeri isə azərbaycanlı Rufat Abbas tutub. Müsabiqə 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının təbliğ edilməsi məqsədini daşıyıb. Qalib gəlmiş 70-dən artıq foto Avropanın bir sıra ölkələrində təşkil edilən sərgilərdə nümayiş olunacaq.
Azərbaycanın məşhur fotoqraflarından olan D.Nəcəfov uşaqlıq illərindən bu sənətə böyük maraq göstərib. O, 20 ildən artıqdır Gənclər və İdman Nazirliyində çalışır.