Beynəlxalq Əlillər gününə həsr olunmuş yarışlar keçirilib

Beynəlxalq Əlillər gününə həsr olunmuş yarışlar keçirilib

Buyaxınlarda Bakının Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin kontingenti arasında Beynəlxalq Əlillər Gününə həsr edilmiş stolüstü idman növləri üzrə yarışlar keçirilib. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Hİ Respublika Komitəsi və "Spartak” KBTİC RŞ-nin rəyasət heyətlərinin birgə qərarına əsasən təşkil olunan yarış 5 idman növü üzrə keçirilib. Şahmat, nərd, dama, gücsınama və darts yarışlarında 80 gənc əlil mübarizə aparıb.
Turnirdə ilk üç yeri tutan iştirakçılar fəxri fərman və pul mükafatları ilə təltif olunublar. Beynəlxalq Əlillər Gününə həsr olunmuş bu yarışlarda iştirak edən və mükafatçılar sırasında olmayan hər bir iştirakçıya bayram münasibətilə pul mükafatı verilib.