Ölkə gimnastları kubok uğrunda yarışırlar

Ölkə gimnastları kubok uğrunda yarışırlar

Milli gimnastika meydanında bədii gimnastika üzrə ölkə birinciliyi və şəhər çempionatı, həmçinin ilk dəfə olaraq regionların kuboku keçiriləcək.
Builki yarışlarda rekord sayda idmançı - 122 gimnast iştirak edəcək. Ölkənin regionları bu il xüsusi fərəh doğurur: Göyçay, Kürdəmir və Qusar gimnastları ən yaxşı idmançı adı uğrunda mübarizə aparacaqlar.
Yarışlar 1999-2001, 2002-2003 və 2004-2006-cı il təvəllüdlü gimnastlar arasında keçiriləcək. Onlar lent, gürz, top və dairə ilə, habelə predmetsiz hərəkətlər nümayiş etdirəcəklər.
Yarışların iştirakçıları maraqlı proqram hazırlayıblar, üstəlik gimnastika həvəskarlarını gimnastlar tərəfindən hazırlanmış maraqlı şou gözləyir.