İdmançımız beynəlxalq turnirdə qızıl medal qazanıb

İdmançımız beynəlxalq turnirdə qızıl medal qazanıb


Aktau şəhərində Qazaxıstan xalqları Assambleyasının 20 illiyinə, Azərbaycanın və Qazaxıstanın əməkdar məşqçisi Maqomed Rəsulovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə 5-ci beynəlxalq turnir keçirilib.
Turnirdə Azərbaycan, Qazaxıstan, Rusiya, İran, Özbəkistan və Türkmənistandan 16 komanda, ümumilikdə 260 idmançı iştirak edib.
Azərbaycanı turnirdə ölkəmizin Aktaudakı baş konsulluğu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sərbəst güləş üzrə əməkdar məşqçi Rövşən Süleymanovun rəhbərliyi ilə şəhər idman məktəbinin idmançıları təmsil ediblər. Xatırladaq ki, Aktau və Sumqayıt qardaşlaşmış şəhərlərdir.
Turnirdə idmançılarımızdan - 53 kq çəki dərəcəsində Səbinə Həmzəzadə 1-ci, 60 kq çəki dərəcəsində Tural Əhmədli 3-cü, Fəqan Əzizov isə 5-ci yeri tutublar.