“Olimpiyaçılar aramızdadır” adlı tele-viktorina keçiriləcək

“Olimpiyaçılar aramızdadır” adlı tele-viktorina keçiriləcək


Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, "Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, tələbə və gənclərin iştirakı ilə 2015-ci ilin iyun ayının 12-dən 28-nə kimi Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunan tele-viktorina "Olimpiyaçılar aramızdadır” adlanacaq. Təşkilatın ötən il İctimai Televiziyada yayımlanan "Olimpiyaçılar aramızdadır” tele-viktorinası geniş gənclər auditoriyasını əhatə edib. Bundan həvəslənən "Kainat” Gənclik Mərkəzi layihənin davamını məqsədəuyğun sayaraq, yenidən fonda müraciət edib və hazırda layihənin hazırlıq işlərinə start verilib. Tele-oyuna daha çox gəncin cəlb olunması nəzərdə tutulur. Layihənin son buraxılışı Bakı-2015 Oyunları ərəfəsinə təsadüf edəcək. Proqram çərçivəsində gənclərlə yanaşı, Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları da iştirakı edəcəklər. Məlumat üçün bildirək ki, tele-viktorinada səslənən suallar Milli Olimpiya Komitəsinin (MOK) 20 illiyinə həsr olunmuş ensiklopedik nəşrdən və digər mənbələrdən istifadə edilməklə hazırlanacaq. Fərqlənən gənclər MOK-un təqdim etdiyi xatirə hədiyyələri, suvenirlər, kitablarla mükafatlandırılacaq və sertifikatla təltif ediləcəklər.