Həmyerlimiz Rusiyada gümüş medal qazandı

Həmyerlimiz Rusiyada gümüş medal qazandı


Bu yaxınlarda Rusiyanın Novqorod vilayətinin Pestov şəhərində Rusiya kuboku uğrunda nərd yarışı keçirilib. Turnirdə Rusiya, Azərbaycan, Gürcüstan, Yunanıstan, Belçika və Ermənistandan ümumilikdə 160 iştirakçı mübarizə aparıb. İsveçrə sistemi üzrə təşkil olunan yarışlar nərdin üç növü üzrə təşkil olunub. Ölkəmizi bu yarışda Azərbaycan Nərd Federasiyasının baş katibi, yığma komandanın üzvü Ədail Dinməmmədov təmsil edib. Həmyerlimiz nərdin uzun növü üzrə yarışlarda 12 görüş keçirib. Finala qədər inamla irəliləyən təmsilçimiz həlledici görüşdə rusiyalı rəqibinə məğlub olaraq gümüş medala layiq görülüb. Qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Məlumat üçün qeyd edək ki, təmsilçimizin yarışda iştirakını Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi təşkil edib.