Olimpiya çempionu oğurluq etdi

Olimpiya çempionu oğurluq etdi


Üzgüçülük üzrə Afina-2004 Olimpiya oyunlarının çempionu, fransalı Lor Manodu oğurluq edərkən yaxalanıb.
Bu barədə Fransanın BFMTV kanalı məlumat yayıb. O, Parisdəki "Disneyland”də 200 avro dəyərində suvenir əşya oğurlayarkən tutulub. Hadisə zamanı Manodunun yanında rəfiqəsi və 4 yaşlı qızı da olub.
İddiaya görə, keçmiş çempionun rəfiqəsinin çantasında da 300 avro dəyərində suvenirlər tapılıb.
Polislər oğurlanmış əşyaları mağazaya qaytarıblar. Lakin Manodu haqda cinayət işi açılmayıb. Polis onu sərbəst buraxıb.
Manodu isə "twitter"dəki səhifəsində xəbəri təkzib edib: "Mətbuat tamamilə yalan danışır. Artıq bezdim. Niyə qızımla heç kim məni narahat etmədən vaxt keçirə bilmirəm? İndi də bunu uydurdular”.
Xatırladaq ki, Lor Manodu 2004-cü il Olimpiya oyunlarında sərbəst üsulla 400 metr məsafəyə üzmədə çempion olub.