Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəstəyi ilə dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi”nə təşkil edilmiş növbəti kütləvi yürüş uğurla başa çatıb.
Yürüşün mütəşəkkil keçirilməsi məqsədi ilə yaradılmış qərargah tərəfindən öncədən marşrut müəyyənləşdirilib, marşrut üzərində çadır düşərgə qurulub.
Yürüş iştirakçıları Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ən yüksək nöqtəsində ulu öndər Heydər Əliyevin barelyefi önünə qızılgül dəstələri düzüb, əziz xatirəsini yad ediblər.