Qədim balın sirləri

Qədim balın sirləri

Bal... Elə bu sözü eşidəndə insanın qəlbində sevinc hissi oyanır. O dəqiqə xoş təəssüratlar yaranır: uşaqlığımız, yay fəsli yada düşür, yaşıl çəmənlik, günəş... Gəlin razılaşaq – bu sözü hamımız çox sakit və etibarla qəbul edirik. Bizə bal təklif olunanda çox nadir halda etiraz edirik, çünki qəlbimizin dərinliklərində balın faydalı və müalicəvi əhəmiyyətini bilirik.
Qədim vaxtlarda əczaxanalarda balı dərman kimi satırdilar. Yazılan reseptlərdə balın tərkibində müalicəvi otlar da göstərilirdi. Bu qədim reseptlər min illər müdriklər tərəfindən istifadə olunaraq tibbi kitablarda öz yerini tapıb . Bal ilə xroniki xəstəlikləri, ümumi yorğunluğu, zəifləmiş orqanizmi müalicə edirdilər. Tarixi məlumatlarda göstərilir ki, müharibə zamanlarında yaraların üstünə bal ilə sarğı qoyular və bu yaraların fəsadsız, çapıqsız sağalmasına kömək edərdi.
Bu gün farmokologiyanın inkişafı dövründə arı məhsullarından qənaətbəxş dərəcədə istifadə edilir. Həkimlər xəstələrə ev şəraitində müalicə məqsədi ilə bal və digər arı məhsullarını məsləhət görürlər.Təəssüflər olsun ki, eyni zamanda insanlara balın allergik olduğunu deyərək səf məlumat da verirlər.
Təcrübə göstərir ki, əsl təmiz, keyfiyyətli arı məhsullarından allergiyalar çox nadir hallarda olur, ancaq bununla bərabər sitrus və antibiotiklərə qarşı allergiyaya 10 dəfə daha çox rast gəlinir.Həkim apiterapevtlər öz praktikalarında arısancma və arı məhsullarından istifadə etməklə, xəstəliklərin müalicəsində bu məhsulların təsirini görürlər. Sadəcə bu məhsullardan savadlı və düzgün şəkildə istifadə etmək lazımdır. Hətta Müqəddəs kitablarda arı və arı məhsullarının dəyərindən, xeyrindən məlumat verilir.
Pətəkdə gördüyünüz bu məhsullar gədim balın tərkibində olub. Ağacın köğuşundan yığılan pətəklər əzilərək o balı ayırirdılar. Həmin balın içində arının bütün komponentləri olurdu. Belə bal "sıxılmış” (gədim) bal adlanır.
Russiyanın Tentorium şirkəti danişdiğımız gədim balın sirlərini öygənir. Bu şirkət gədim reseptlərlə arı məhsularını hazırlayıb istifadəyə verir. Millətin və gələcək nəslin sağlam yaşamağı və inkişafı üçün çox böyük işlər görür. Arı məhsuları haqqında çoxlu ədəbiyyatlar var ki, bunlar adi insanları və arı sevənləri bu məhsullardan düzgün istifadə etməyə yönəldir.
Arı – adlı sehrli biolaboratoriya bizə nə verir?
- Arı öz pətəyinə nə gətirir?
- Pətəkdə olan bu məhsullar insana nə üçün xeyirlidir?
- Bu günkü gündə bu nə qədər aktualdır?



Gəlin görək, arı məhsulları hansılardır?
Arı məhsulu dedikdə, insanlarda bal assosiasiyası yaranır. Arı pətəyində olan məhsulların bir neçəsini tanısaq da, bəziləri haqqında məlumatımız azdır. Hər bir məhsul özü-özlüyündə güclü müalıcəvi əhəmiyyətə malikdir.
Qədim zamanlarda əzilmiş və sıxılmış baldan istifadə ediblər, çünki bu balın tərkibində bütün komponentlər var idi və bu bal "min bir dərdin dərmanı” adlanırdı. Elmdə belə bir termin var (sinergizm effekti: bu 1+1> 2) yəni: 2 qüvvətli faktorun birləşməsi 3-cü quvvətli faktorun yaranmasına səbəb olur.
İndi isə qədim balın tərkibində olan bütün məhsulların qısa xarakteristikası ilə tanış olaq.
Bal
Qiymətli karbohidratdır ki, əsası ağız boşluğunda asan sorulan fruktozadır. Bütün orqanizmi qidalandırmaq, bərpa etmək və tonus verici gücünə malikdir. Bal- insan orqanizminə enerji verən ideal bir qida məhsuludur və xüsusi olaraq yeni doğulmuş körpələr üçün çox lazımlıdır: çəkinin artması, xəstəliyə qarşı müqavimətin artması, yaxşı inkişaf etməsinə kömək edir. Yaşlı insanlar üçün də çox qiymətli bir qidadır. Yaşlı insanlarda mədə-bağırsaq sistemi tədricən zəifləyir və orqanizmin əvvəllər asanlıqla öhdəsindən gələ bildiyi işi artıq görə bilmir. Diqqətinizə çatdırmaq istərdik ki, mədə -bağırsaq sisteminin normal fəaliyyəti üçün 1500-ə yaxın ferment lazımdır. Adi gündəlik rasionda qida ilə 800-900 ferment almaq olar, lakin təkcə balın(qədim balda) tərkibi 1200 fermentdən ibarətdir. Məhz buna görə bal mədə-bağırsaq üçün ən yaxşı köməkçidir. Balı hər gün istifadə etmək lazımdır,praktiki olaraq bal bütün qida məhsulları ilə istifadə etmək olar. Bal orqanizmin enerji çatışmazlığında, xroniki yorğunluğunda, stasianar müalicədən sonra orqanizmin bərpasında istifadə olunur, eyni zamanda toksinlərdən azad edir. Bal - təkcə dadlı deyil, bu həm də sağlamlıq, cavanlıq,uzun ömür deməkdir. Bal- ən asan həzm olunan qida məhsuludur.

Çiçək tozcuğu
Balanslaşdırılmış polivitaminli super kompleksidir.Tərkibində 400-dən çox vacib qidalı komponentlər var. Dünyada elə labaratoriya yoxdur ki, bu qədər lazımlı birləşmələri bir qidada toplasın. Diqqətinizə çatdirmaq istərdim ki, ən mürəkkəb polivitaminlərin tərkibində 10-15 kompleks birləşməsi var və bundan artıq olarsa, mexanizmdə dəyişikliklər baş verər. Xalq arasında çiçək tozuna əlaçı məhsulu da deyilir. Bunu müntəzəm qəbul edən şagirdlərdə zehn, yaddaş, məntiq yaxşılaşır.Bolqar alimi, apiterapevt N.P.Yoriş monoqrafiyalarında deyir: "Elə bir xəstəlik yoxdur ki,ona çiçək tozu yaxşı təsir etməsin”. Bir çay qaşığı çiçək tozu ilə günü başlayıb və gutarmaq lazımdır. Çiçək tozu bütün yaş dövrləri üçün unikal vitamin kompleksidir .

Güləm (Polen)
Arılar pətəkdə çiçək tozunu balla qarışdırır xüsusi vəzlərində hasil olunmuş fermentlər əlavə edərək onu şanılarda döyəcləyərək ora doldururlar ki burada da tədricən yeni tamami ilə çox qiymətli məhsula - güləmə çevrilir. Güləmin tərkibində küllü miqdarda fermentlər, o cümlədən əvəz olunmaz amin turşularının bütün spektorları vardır ki,bunlar da bütün canlılar üçün əsas tikinti materialıdır. Əhəmiyyəti və dəyərinə görə bunu çörəklə müqayisə etmək olar. Güləm reproduktiv sistemdə bir çox pozuntuları effektif sürətdə aradan qaldırıb bərpa etdiyi üçün qadinlarda döllənmə prosesinə müsbət təsir edir..Orqanizmin "40 – dan” sonra baş qaldırdiğı klimakterik dəyişmələrinin hər cür simptomlarında güləm çox faydalıdır.

Bərəmum
Güclü təbii antibiotikdir, potogen mikrofloranı məhv edir. Bu dövrdə mikrob və virus əleyhinə bundan qiymətli başqa bir vasitə tapa bilmərik. Bərəmum – viruslara, vərəm çöplərinə, salmonelioza və s. müqavimət göstərə bilir və bununla bərabər bağırsağa lazım olan mikrofloranı saxlayır. Bərəmumun heç bir əks göstərişi yoxdur,onu istənilən formada və müxtəlif yaş dövrlərində qəbul istifadə etmək olar. Bərəmum – imum sistemi bərpa edir, insani keyfiyyətləri yaxşılaşdırır.

Arı südü
Təbiətin daha bir möcüzəsidir. Pətəkdə bütün arılar 1,5 - 4 ay yaşayır,ancaq pətəyin- ana arısı arı südü ilə qidalanaraq 5-6 il yaşaya bilir. Çox maraqlıdır ki, hər hansı sürfəni arı südü ilə qidalandırsalar o, ana arıya çevrilir. Deməli həqiqətən arı südü hüceyrələrin ömrünü uzadır,genetik pozulmaları aradan qaldırır, hansı ki, bədəndə şiş və daha ciddi xəstəliklər əmələ gətirir. Arı südü xətta az dozalarda da orqanizmə təsir edir. Hansı hüceyrələr ki, arı südü ilə qidalanıb,o hüceyrəyə virus yerləşə bilmir.

Arı zəhəri
Hər bir insan həyatında bir dəfə də olsa arı sancması ilə rastlaşıb. Arı zəhəri qanı duruldaraq endokrin sistemin işini yaxşılaşdırır. Arı zəhəri arı südü ilə birgə, radikulitdə, revmatik ağrilarda, sinir sisteminin bərpasında lazim olan məhsulardır.

Mum
Baxmayaraq ki, mum qida məhsulu sayılmır, lakin bütün arı məhsulları kimi lazımlı maddələrlə zənqindir.Onu çeynəyərək udmaq olar. Mum ərimir və orqanizm tərəfindən mənimsənilir, ancaq mədə -bağırsaq sistemindən keçərək toksinləri özünə çəkib orqanizimdən xariç edə bilir. Deməli, mum mədə - bağırsaq sistemini mükəmməl təmizləyicisidir.

Arı güvəsi
Daha bir arı məhsulu. Arı güvəsinin tərkibində unikal bir ferment var ki, o da çerrazadır. Çerraza ən mürəkkəb yağları belə parçalayır. Orqanizmdə yaranan bu mürrəkəb yağlar çox ciddi xəstəliklərin əsasını qoyur və tez qocaldır. Yaşla bağlı olaraq bu fermentlər orqanizmdə kəskin şəkildə azalır və bu fermentləri gündəlik qidamıza əlavə etmək məsləhətdir.

Arı ölüsü
Arının xitin örtüyündə çox qiymətli polimerlər var ki, bu öncə tanıdığımız xitozanlardan fərqlənir.Arı xitozanı orqanizmdə daha effektli işləyir. Bu sorben orqanizmi zəhərləyən toksinlərdən, radiasiyadan təmizləyə bilir. Belə ki, başqa cür təmizləmə yolu ilə bunu xaric etmək olmur.Arı ölüsü -çox güclü immunokorrektordur,streslərdə,yorğunluqda, qocalma prosessinin qarşısını alır. Xalq təbabətində prostat vəzinin müalicəsində əsas və vacib vasitələrdən sayılır.

Erkək arı sürfələri (trutnevoye moloçko)
Bu məhsulu erkək arı mayalarından alırlar – tərkib xüsusiyyətlərinə görə arı südünün xüsusiyyətlərinə yaxındır, Ancaq endokrin sisteminə yönəmlidir. Bu klimaks dövrü, cinsi zəifləmə,prostat və 40 yaşından sonrakı klimakterik dövr üçün əvəz olunmaz bir məhsuldur.

Həqiqətən təbiət hərdən elə möcüzələr yaradır ki, elm nəinki onun oxşarını yaratmaqda, bunun quruluşunu və necə işləməsini icad etmək iqtidarında deyil.
Arı məhsulari haqqında sizə daha geniş məlumatlar təqdim edəcəyik.

Sevinc Ağayeva,
Api Sağlamlıq Mərkəzinin apidietoloqu