Avropa çempionatından qızıl medal

Avropa çempionatından qızıl medal

Olimpnews.az-ın verdiyi xəbərə görə, martın 21-26-da Park İNN hotelində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə pauerliftinq üzrə təşkil edilən Avropa çempionatı başa çatıb. Çempionatda pauerliftinqin müxtəlif növləri üzrə ayrı-ayrı çəkilərdə mükafatçılar müəyyənləşib. Yarışda Daxili İşlər Nazirliyinin təmsilçisi, Kamil Qafarov uğurla çıxış edərək mükafatçılar sırasında qərarlaşıb. İdmançı 82,5 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Qeyd edək ki, Kamil Qafarov bu idman növünün digər versiyası üzrə isə gümüş medala sahib çıxıb. Məlumat üçün bildirək ki, Kamil bundan əvvəl Avropa çempionatında, ölkədaxili və beynəlxalq yarışlarda medallar əldə edib. İndi idmançımız may ayında Soçidə təşkil olunacaq dünya çempionatına hazırlaşır.