İdman oyunları zamanı azarkeş zorakılığının qarşısının alınması ilə bağlı qanun layihəsi hazırlana bilər

İdman oyunları zamanı azarkeş zorakılığının qarşısının alınması ilə bağlı qanun layihəsi hazırlana bilər

Bunu Milli Məclisin deputatı Rauf Əliyev dekabrın 19-da sosial siyasət komitəsinin iclasında deyib. O bildirib ki, bu məsələ ilə bağlı yanvar ayında Avropa Şurasında konvensiyanın qəbul olunacağı gözlənilir.
Rauf Əliyev deyib ki, bu məsələ "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilə bilər. Qarşıdan birinci Avropa Oyunları gəlir. Məqsəd oyunları izləyəcək azarkeşlərin xuliqanlıq və digər mənfi hallarla üzləşməsinin qarşısını almaqdır. Deputat əlavə edib ki, bu məsələ ilə bağlı qanun layihəsinin parlamentin yaz sessiyası zamanı hazırlanması nəzərdə tutulub.