Gürcüstanın paytaxtı Tbilisi şəhərində sərbəst güləş, qadın güləşi və yunan-Roma güləşi üzrə Avropa çempionatı keçirilib. Altı gün davam edən yarışda güləşçilərimiz ümumilikdə 1 gümüş və 6 bürünc medal (1 gümüş, 2 bürünc- yunan-Roma güləşi, 2 bürünc- sərbəst güləş, 2 bürünc -qadın güləşi) qazanıb.
Yunan-Roma güləşçilərimizdən Elçin Əliyev (55 kq) gümüş, Kamran Məmmədov (60 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib çıxıblar. Sərbəst güləş üzrə yarışlarda Yaşar Əliyev (55 kq) və Cəmaləddin Maqomedov (120 kq) üçüncü pillədə qərarlaşıblar. Qadın güləşçilərimizdən isə Patimat Baqomedova (48 kq) və Anna Belyayeva (63 kq) bürünc medal əldə ediblər.