Olimpnews.az saytı ilin ən yaxşılarını müəyyənləşdirdi

Olimpnews.az saytı ilin ən yaxşılarını müəyyənləşdirdi


Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsi kimi ölkədə idman və Olimpiya Hərəkatı inkişaf etmiş, idmanın maddi-texniki bazası sürətlə möhkəmlənmiş, atletlərimiz beynəlxalq yarışlarda çoxsaylı uğurlar qazanmışlar. Bu böyük uğurların təbliğini daim diqqət mərkəzində saxlayan olimpnews.az saytının 2014-cü ilin yekunlarına əsasən, keçirdiyi rəy sorğusunun nəticələrinə görə ilin ən yaxşılarının adları açıqlanıb.


İlin ən yaxşı federasiyası-Azərbaycan Gimnastika Federasiyası

Qeyri-Olimpiya idman növləri üzrə ilin ən yaxşı Federasiyası-Azərbaycan Kikboksinq Federasiyası

İlin ən fəal federasiyası- Stolüstü Tennis Federasiyası

İlin ən yaxşı idmançısı-Sərbəst güləş üzrə dünya və Avropa çempionu Hacı Əliyev

İlin ən yaxşı yeniyetmə idmançısı-Taekvondo üzrə Nankin Olimpiya Oyunlarının qalibi Səid Quliyev

İlin perspektivli yeniyetmə idmançısı-Nazim Babayev (atletika)

İlin ən yaxşı şahmatçısı-Günay Məmmədzadə (dünya çempionu)

İlin ən yaxşı məşqçisi-Sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov

İlin ən yaxşı idman hakimi - Faiq Həsənov

İlin ən yaxşı futbol məşqçisi - «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanov

İlin ən yaxşı idman yazarı - Dilqəm Quliyev

İlin ən yaxşı idman mütəxəssisi - Şaiq Əliyev

İlin ən yaxşı idman təşkilatı - Bakı şəhər Gənclər və İdman Baş İdarəsi

İlin ən yaxşı Olimpiya İdman Kompleksi - Qazax Olimpiya İdman Kompleksi

İlin ən yaxşı idman arenası - «Sərhədçi» İdman Olimpiya Mərkəzi

İlin ən yaxşı ictimai birliyi - «Neftçi İK» İB

İlin ən yaxşı futbol klubu - «Qarabağ» futbol klubu

İlin idman yarışı - Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Tour d’Azerbaidjan-2014» veloyürüşü

İlin ən yaxşı idman cəmiyyəti - «Zenit»İC

İlin ən yaxşı idman klubu - «Zirvə»İK

İlin ən yaxşı idman məktəbi - 2 saylı Uşaq-Gənclər Şahmat İdman Məktəbi

Qeyri-Olimpiya idman növləri üzrə ilin ən yaxşı idmançısı- Tale Əkbərov





olimpnews.az