Kollecin tələbələri idman yarışlarında fərqlənirlər

Kollecin tələbələri idman yarışlarında fərqlənirlər


Azərbaycanda idman, təhsil sahəsində aparılan islahatlar cəmiyyətin siyasi, iqtisadi və mədəni səviyyəsi ilə birbaşa bağlı olub, nəticə etibarilə yeni nəslin sağlam və hərtərəfli formalaşmasına xidmət edir.
Respublikanın təhsil ocaqlarından biri olan Bakı Dövlət Neft-Energetika Kollecində də bu sahə diqqətdən kənarda qalmayıb. Zəngin idman ənənələrinə malik olan təhsil ocağının tələbələri kollecdaxili turnirlərdə, rayon və respublika səviyyəli yarışlarda uğurla çıxış edərək yüksək nəticələr qazanırlar. Təsadüfi deyil ki, bu ilin yekunlarına görə, orta ixtisas məktəbləri arasında keçirilən respublika spartakiadalarında kollecin yetirmələri ümumi komanda hesabında basketbol (oğlanlar), dama (qızlar) və şahmat (oğlanlar) idman növləri üzrə birinci yerə layiq görülüblər. Bundan başqa, kolleclərarası respublika spartakiadasında qızlar idmanın stolüstü tennis növü üzrə II, oğlanlar isə III yeri tutublar. Oğlanlardan ibatət voleybol komandası yarışı II, qızlar isə III yerdə başa vurublar. Kollecin damaçı oğlanları bu yarışda III olublar.
Azərbaycan Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi, eləcə də, "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən və buyaxınlarda başa çatan Xİ Respublika Spartakiadasında Bakı Dövlət Neft Energetika Kollecinin kollektivi 14 iştirakçı komanda arasında 3-cü yerə layiq görülüb.

Səadət Hakıyeva