Ötən il ölkənin idman həyatı üçün əlamətdar olub

Ötən il ölkənin idman həyatı üçün əlamətdar olub


2014-cü il Azərbaycanın idman həyatı üçün əlamətdar olub.
Gənclər və İdman Nazirliyinin verdiyi məlumata görə, 2014-cü ildə ölkəmizdə Dünya İdman Mətbuatı Assosiasiyasının 100-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə 77-ci konqresi, 38 ölkədən 700-ə yaxın idmançının iştirakı ilə Yeniyetmələrin II Olimpiya Yay Oyunlarına lisenziya xarakterli atletika üzrə Avropa təsnifat turniri, 33 ölkənin 500-dən çox idmançı və rəsmi nümayəndə heyətin iştirakı ilə bədii gimnastika üzrə 30-cu Avropa çempionatı, taekvondo üzrə Avropa çempionatı və yeniyetmələr arasında dünya birinciliyi və digər
tədbirlər yüksək səviyyədə keçirilib.