Ötən il «Neftçi İdman Klubu» üçün uğurlu olub

Ötən il «Neftçi İdman Klubu» üçün uğurlu olub


Azərbaycanda bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısı danılmazdır. Son illər respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülür. Paytaxtla yanaşı, bu gün respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir Olimpiya idman kompleksləri tikilir ki, bunlar da yüksək səviyyəli idmançılar hazırlamaq imkanına malikdir. Azərbaycan Respublikasının dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında bu sahədə aparılan düşünülmüş, planlı dövlət siyasəti, atılan düzgün addımlar sayəsində ölkəmiz Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrilib. Son illər müxtəlif səviyyəli beynəlxalq yarışların ölkəmizdə keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər, eləcə də bu il I Avropa Oyunlarının respublikamızda təşkil olunması bunun əyani sübutudur.
«Neftçi İdman Klubu» ölkə idmanının inkişafında yaxından iştirak edir. İctimai birlik klub neft, qaz və kimya sənayesinin işçiləri arasında mütəmadi olaraq idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, klub peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.
2014-cü il «Neftçi İdman Klubu» üçün uğurlu olub. Klubun strukturunda fəaliyyət göstərən qurğu-larda idmanın 40 növü üzrə 169 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 800-ə yaxın neftçi idmanla məşğul olub. .
«Neftçi İdman Klubu»nun fəaliyyətinin əsas istiqaməti kimi, Dövlət Neft Şirkətinin strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılıb. İl ərzində mini-futbol (28 May - Respublika Günü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirlər), «Səmti müəyyən etmə» və «Atam, anam və mən» (1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri, eləcə də spartakiada təşkil edilib. Bu yarışlarda 1300-dən artıq neftçi iştirak edib. .
İdmanın kütləviləşməsi, sağlam gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möh¬tə¬şəmi və təntənəli qeyd olunanı isə hər ilin sentyabr ayında neftçilərin peşə bay¬ramı (20 sentyabr - Neftçilər günü) ərəfəsində təşkil olunan spartakiadadır. 2014-cü ildə neft, qaz və kimya sənayesi işçilərinin XXII Spartakiadası təşkil olunub. Yarışda 31 müəssisənin tərkibində 1000-dən artıq iştirakçı qüvvəsini sınayıb ki, onlardan da 200-ü qadınlar olub. Spartakiada iştirakçıları 14 idman növü (at-le¬tika, mini-futbol, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə mü¬barizə aparıblar.
Klubun digər fəaliyyət istiqaməti olan böyük idman və peşəkar idman¬çı¬ların hazırlığı sahəsində də böyük uğurlar əldə edilib. Ötən müddət ərzində şahmat üzrə klubun açıq birinciliyində 40-a qədər yeniyetmə və gənc öz bacarığını nümayiş etdirib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra idmançılarımız Atlan¬ta, Sidney, Afina, Pekin və London olimpiadalarında iştirak edərək ölkəmizə medallarla qayıdıblar. Bununla bərabər, klubun yetirmələri müxtəlif səviy¬yəli beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı şərəflə dalğalandırırlar. Təkcə 2014-cü il ərzində idmançılarımız 1785 medal qazanıblar ki, onlardan da 670-i qızıl, 515-i gümüş, 600-ü isə bürüncdür.
Avqust ayında Xorvatiyanın Zaqreb şəhərində keçirilən gənclər arasında gü¬ləş üzrə dünya birinciliyində pəhləvanlarımız böyük peşəkarlıq və əzm nüma¬yiş etdirərək 8 medal (5 qızıl, 2 gümüş, 1 bürünc) qazanıblar. Yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (55 kq), Elman Muxtarov (60 kq), İslam Abbasov (84 kq) və Orxan Nuriyev (96 kq) qızıl, Ruhin Mikayılov (66 kq) isə gümüş medal qazanıb. Sərbəst güləşçilərdən Mircəlal Həsənzadə (55 kq) gümüş, Vurğun Əliyev (60 kq) bürünc medala layiq görülüb. Qızların yarışında isə klubun yetirməsi Səbirə Əliyeva (73 kq) dünya çempionu titulunu qazanıb.


«Neftçi İdman Klubu»nun 2014-cü il ərzində
Olimpiya, dünya, Avropa, beynəlxalq, respublika,
Bakı və digər çempionat, birincilik və kubok yarışlarında
qazanılmış medallarının kəmiyyət və keyfiyyəti haqqında
statistik məlumat




Avqustun ikinci yarısında Çinin Nankin şəhərində keçirilən Yeniyet¬mələrin II Yay Olimpiya Oyunlarında 201 ölkənin 3600-ə yaxın idmançısının 28 növdə mübarizə apardığı mötəbər yarışda Azərbaycan idmançılarının qazandıqları 12 (5 qızıl, 6 gümüş, 1 bürünc) medaldan 6-sı «Neftçi İdman Klubu»nun təmsilçilərinə məxsusdur. Taekvondoçu Səid Quliyev (73 kq) və sərbəst güləşçi İqbal Hacızadə (100 kq) Olimpiya çempionu tituluna layiq görülüblər. Cüdoçular Natiq Qurbanlı (55 kq), Leyla Əliyeva (44 kq) və yunan-Roma güləşçisi Cabbar Nəcəfov (50 kq) gümüş, Nazim Babayev (atletika, üç təkanla tullanma) isə bürünc medala sahib çıxıblar.
Sentyabr ayında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən böyüklər arasında güləş üzrə dünya çempionatında isə klubumuzun pəhləvanları əsl qəhrəmanlıq nümayiş etdiriblər. Təmsilçilərimiz yarışın 3 medalına (1 qızıl, 2 bürünc) sahib olublar. Onlardan Hacı Əliyev (61 kq) sərbəst güləşçilər arasında dünya çempionu tituluna layiq görülüb. Yunan-Roma güləşçilərindən isə Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) dünya çempionatının bürünc mükafatını alıblar.
Oktyabrın sonu və noyabrın əvvəllərində İtaliyanın Toskana şəhərində kikboksinq növündə baş tutan WKA versiyası üzrə dünya çempionatında ən titullu idmançı statusunu qoruyan idmançımız Eduard Məmmədov (60 kq) «lou-kik» stilində döyüşərək növbəti dəfə çempionluq sevincini yaşayıb. İdmançımız 20-ci dəfə dünya çempionu adına layiq görülüb.
Noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən taekvondo üzrə klublararası Avropa çempionatında «Neftçi İdman Klubu» qitənin taekvondo klubları arasında (oğlanlar) 2-ci yeri tutub.
Fransanın Orlean şəhərində sablyaçılar arasında təşkil olunan klublararası Avropa Kuboku yarışlarında isə klubumuzun qılıncoynadanları öz bacarıqlarını nümayiş etdirmişlər. Qitənin titullu klublarının da yer aldığı yarışda komandamız məharətlə çıxış edərək bürünc medala yiyələnmişdir.
Paralimpiyaçılarımız da Avropa və dünya yarışlarında uğurla çıxış edə¬rək mükafatçılar sırasına düşməyə müvəffəq olmuşlar. Belə ki, avqust ayında Böyük Britaniyanın Svansea şəhərində keçirilən paralimpiyaçılar arasında atletika üzrə Avropa çempionatında atletlərimizdən Oloxan Musayev disk atma növündə qızıl medal qazanıb. Oleq Panyutin uzunluğa tullanmada, Allah¬verdi Allahverdiyev nizə atma yarışlarında gümüş, Solmaz Səfərova disk atma, El¬mar Cəbrayılov isə 400 metr məsafəyə qaçışda bürünc medala layiq görülüblər.
ABŞ-ın Kolorado-Sprinqs şəhərində təşkil olunan paralimpiyaçılar ara¬sında cüdo üzrə dünya çempionatında da klubun yetirmələri ölkəmizi layiqincə təmsil ediblər. Onlardan Bayram Mustafayev (66 kq) və Ramil Qasımov (73 kq) dünya çempionu tituluna sahib olublar. Rövşən Səfərov (81 kq) və Sə¬bi¬nə Allahverdiyeva (57 kq) isə dünya çempionatını gümüş medalla başa vurublar.
Yola saldığımız ildə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də yüksək nailiyyətlər əldə olunub. Belə ki, futzal komandamız sonuncu Azərbay¬can çempionatında 2-ci yerə çıxmış, ölkə kubokunda isə qalib adını qazanıb. Bundan əlavə futbol üzrə ölkə çem¬pionatının birinci divizionunda çıxış edən «Qaradağ Lökbatan» komandası çempionatı 3-cü yerdə başa vurub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə futbol üzrə dörd yaş qrupunda keçirilən Bakı şəhər klub komanda birinciliyində «Neftçi İdman Klubu» bütün yaş qruplarında təmsil olunub. Uğurla çıxış edən komandalarımızdan biri mükafatçılar sırasında yer alıb. Belə ki, 1999-cu il təvəllüdlülərdən ibarət komandamız paytaxt çempionatında 1-ci yeri tutub. «Neftçi İdman Klubu»nun komandaları müxtəlif yaş qruplarında Azərbaycan və Bakı birinciliklərində, eləcə də Bakı Futbol Federasiyasının təşkil etdiyi «Sabahın ulduzları» paytaxt çempionatın¬da çıxış¬larını uğurla davam etdirirlər.
Yaşadığımız hər gün bizi ölkəmizdə keçiriləcək möhtəşəm idman tədbirinə yaxınlaşdırır. I Avropa Oyun-larına daha yaxşı hazırlaşmaq və həmin yarışlarda respublikamızı layiqincə təmsil etmək üçün bütün qüvvəmizi səfərbər etməliyik. Neftçi İdman Klubu» bədən tərbiyəsi və idmanla bərabər, mədəni-kütləvi tədbirlər və istirahətin təşkili sahəsində də əməli işlər görür. Ötən müddət ərzində klubumuz bu sahədə də müxtəlif tədbirlər həyata keçirib.
Ölkəmizdə əlil və fiziki qüsurlu uşaqların sosial müdafiəsinə, onların cəmiyyətə inteqrasiya olunmasına böyük diqqət və qayğı göstərir. «Neftçi İdman Klubu» İyun ayında klubumuz 1 iyun - Uşaq¬ların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş növbəti tədbir keçirib. Nizami rayonunun millət vəkili Rövnəq Abdullayevin təşəbbüsü və «Neftçi İdman Klubu»nun təşkilatçılığı ilə həmin rayonda yerləşən əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün nəzərdə tutulan 3 saylı xüsusi təhsil məktəbində konsert proqramı təşkil edilib, uşaqlara xüsusi bayram hədiyyəsi təqdim olunub. Bundan əlavə, iyul ayında «Neftçi İdman Klubu» böyük heyətlə dünyanın «səkkizinci möcüzə»si adlandırılan «Neft Daşları»ında olub. Ramazan bayramı münasibətilə burada çalışan cəsur insanlarla görüş keçirilib və bayram konserti təşkil edilib.



Sadıq Sadıqov,

«Neftçi İdman Klubu» İctimai Birliyi
idarəetmə aparatının rəhbəri,
«Neftçi» PFK-nın prezidenti,
MOK-un İcraiyyə Komitəsinin üzvü,
əməkdar bədən tərbiyəsi və idman xadimi