Göyçayda fərqlənənlər yığma komandaya dəvət olunacaqlar

Göyçayda fərqlənənlər yığma komandaya dəvət olunacaqlar

Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Göyçay Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında çoxmübarizəli döyüş idman növləri üzrə beşinci ölkə çempionatı keçirilib.
İki gün davam edən yarışda 23 şəhər və rayondan 300 idmançı mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Göyçay, Yevlax, Şəki, Ucar və Bakı idmançıları fərqləniblər. Ölkə çempionu olan idmançılar yığma komandanın heyətinə cəlb edilərək beynəlxalq yarışlara hazırlanacaq. İdmançılarımız aprelin 10-dan 16-dək Ukraynanın Xarkov şəhərində keçiriləcək dünya çempionatında və aprelin 12-dən 15-dək Rusiyanın Sank-Peterburq şəhərində təşkil ediləcək döyüş növləri olimpiadasında ölkəmizi təmsil edəcəklər.