Yunan-Roma güləşi üzrə şəhər turniri

Yunan-Roma güləşi üzrə şəhər turniri

Martın 19-da Şəki Olimpiya İdman Kompleksində Şəki Şəhər Gənclər və İdman İdarəsi tərəfindən Novruz bayramına həsr olunmuş Yunan-Roma güləşi üzrə açıq UGİM birinciliyi keçirilib. Yarışda Şəki şəhər Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in güləş qruplarının idmançıları qüvvələrini sınayıblar. Turnirdə 50-dan artıq idmançı iştirak edib. İdmançılar 24 kq, 27 kq, 30 kq, 33 kq, 36 kq, 37 kq, 42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq çəki dərəcələri üzrə mübarizə aparıblar. Fərqlənənlərə Şəki şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.