Müşfiq İsayevin xatirə turnirinə start verilib

Müşfiq İsayevin xatirə turnirinə start verilib



Yanvarın 16-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnirə start verildi. Sayca 18-ci olan bu turnirdə 10 çəki dərəcəsi üzrə 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparır. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistan güləşçiləri də iştirak edirlər.
Yarışın ilk günündə sərbəst güləş növünün təmsilçiləri yarışdılar. 153 pəhləvanın mübarizə apardığı yarış günündə qalib və mükafatçılar müəyyənləşdi. Yarışın ilk günündə sərbəst güləşçilər mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Şahin Muxtarov (42 kq, Azərbaycan), Rustam Juraev (46 kq, Özbəkistan), Dadgar Mohsen (50 kq, İran), Vano Godelaşvili (54 kq, Gürcüstan), Fazil Həsənov (58 kq, Azərbaycan), Orxan Abbasov (63 kq, Azərbaycan), İveriko Julakidze (69 kq, Gürcüstan), Demuri Megeneişvili (76 kq, Gürcüstan), Aslanbek Gvarmaniya (85 kq, Rusiya) və Xasaboy Raximov (100 kq, Özbəkistan) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. 

Azərbaycan güləşçiləri turnirin ilk günündə 3 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıblar.

Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif edildilər.

Yunan-Roma güləşçiləri isə sabah mübarizə aparacaqlar.
Turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri müəyyən etmək, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.




Səadət