Əjdər Cəfərov, Azərbaycan Güləş Federasiyasının baş katibi:
20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş turnir Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının birgə dəstəyi ilə keçirilir. Bu yarış müasir tələblərə cavab verən idman arenasında təşkili yarışın təşkilatçılıq səviyyəsinin yüksək olmasından irəli gəlir. Xüsusilə qeyd edim ki, ötən illə müqayisədə budəfəki yarışda idmançıların sayı daha artıqdır. Hər il 110, 120 idmançı yarışa qatılırdısa, bu il builki yarışda 160 gülüşçi bacarığını nümayiş etdirir. Bu çevindirici haldır. İstedadlı yeniyetmə güləşçilərin yetişməsi Azərbaycan güləşinin gələcəyindən xəbər verir. Diqqətçəkən məqamlardan biri digər ölkə nümayəndələrinin bu yarışa marağının ildən-ilə artmasıdır. Azərbaycan Güləş Federasiyası tərəfindən bu ölkə nümayəndələrinin istəyi nəzərə alınaraq yarışlarda iştirakı təmin olunur. Yarışda məşqçilər korpusu tərəfindən yığmanın seçilmiş idmançıları güclərini sınayırlar. Onların nəticəsi də ürəkaçandır. 10 çəki dərəcəsi üzrə final görüşlərində Azərbaycan güləşçiləri üstünlük təşkil etdilər. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun göstərişinə əsasən yeniyetmə və gənc güləşçilərin inkişaf etdirilməsi, yüksək istedada malik idmançıların seçilərək yığma komandaya cəlb edilməsi qarşımızda dayanan əsas məsələlərdəndir. Artıq bu sahədə mühüm işlər uğurla həyata keçirilir və davam etdirilir. İnanıram ki, bugünkü yüksək potensiala malik yeniyetmə və gənclərimiz ölkəmizi gələcəkdə Avropa, dünya və Olimpiya Oyunlarında yüksək səviyyədə təmsil edəcəklər.
Aysel