Lətif Xəlimov, Özbəkistanın sərbəst güləş üzrə yığma komandasının məşqçisi:
Yarışda 9 idmançı ilə iştirak etdik. Komandamızın üzvlərinin ikisi finaladək irəlilədi. Bu yarışda hər il iştirak edirik. Azərbaycanda həmişə yüksək qonaqpərvərliklə qarşılanırıq. Turnirin təşkilatçılıq səviyyəsi yüksəkdir. Burada idmançılarımız Asiya və dünya çempionatıqabağı yoxlama görüşlərində iştirak edir, əlavə təcrübə qazanırlar. Yarışda rəqabət çox güclüdür. Biz ənənvi olaraq yanvarda Müşfiq İsayevin xatirə turnirində, apreldə isə federasiya kuboku yarışında iştirak edirik.
Məncə, bu yarışlar idmançılarımızın daha da güclənməsi, təcrübələrini artırmaları üçün əla imkandır. Azərbaycan güləşi yüksək səviyyədə inkişaf edib. Bu növdə Olimpiya dünya və Avropa çempionlarının olması güləşin yüksək səviyyəli inkişafının göstəricisidir.
Aysel