Müşviq İsayevin xatirəsinə beynəlxalq turnir başa çatdı

Müşviq İsayevin xatirəsinə beynəlxalq turnir başa çatdı


"Sərhədçi" İdman Olimpiya Mərkəzində 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir başa çatıb. Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan, İran, Qazaxstan, Rusiya və Özbəkistan idmançıları mübarizə aparıblar.
Turnirin ikinci günündə yunan-Roma güləşi üzrə yarışlar keçirilib. 95 pəhləvanın mübarizə apardığı yarış günündə qalib və mükafatçılar müəyyənləşib.
Turnirin ikinci günündə Maqomed Murtuzaliev (42 kq, Rusiya), Ramal Əhədli (46 kq, Azərbaycan), Nurağa Yusifli (50 kq, Azərbaycan), Xancavad Məcidzadə (54 kq, Azərbaycan), Məhəmmədəli Həsənov (58 kq, Azərbaycan), Maqomed Maqomedov (63 kq, Rusiya), Ülvi Qənizadə (69 kq, Azərbaycan), Arsanali Tanaev (76 kq, Rusiya), Elşən Eyyubov (85 kq, Azərbaycan), Camal Feyziyev (100 kq, Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediliblər.

Səadət