Hollandiya ikinci Avropa Oyunlarını keçirməyə hazırdır

Hollandiya ikinci Avropa Oyunlarını keçirməyə hazırdır


Hollandiya 2019-cu ildə ikinci Avropa Oyunlarını keçirməyə hazır olduğunu bildirib.
Hollandiya Olimpiya Komitəsinin (NOC NSF) rəsmi saytına istinadla xəbər verilir ki, artıq bununla bağlı Avropa Olimpiya Komitəsinin Şurasına məlumat verilib.
NOC NSF-nin sədri Andre Bolius deyib: "İkinci Avropa Oyunlarını Niderlandda keçirmək yaxşı olardı. Biz belə böyük idman tədbirinin təşkil olunmasına hazırıq”.