İdmançılar dopinqdən istifadəyə görə mənzil və maşınlarından məhrum edilə bilər

İdmançılar dopinqdən istifadəyə görə mənzil və maşınlarından məhrum edilə bilər


Dopinqdən istifadə etməkdə ifşa olunan idmançılar bütün mükafatlarını, o cümlədən onlara bağışlanan maşın və mənzilləri geri qaytarmalıdırlar. Rusiya mətbuatının yazdığına görə, Bu sözləri əfsanəvi hokkeyçi, hazırda Federasiya Şurasının senatoru Vyaçeslav Fetisov səsləndirib.
V.Fetisovun sözlərinə görə, antidopinq qanunvericiliyini pozan idmançılara münasibətdə təklif olunan cərimə tədbirlərini Federasiya Şurası nəzdində ekspert şurasının iclasında müzakirə etmək planlaşdırılır. O, təşəbbüsün qanuniləşdiriləcəyini istisna etməyib.
V.Fetisov deyib: "İnsanlar medallarının əllərindən alınacağını, onların imicinə zərbə olduğunu bilə-bilə dopinq qəbul edirlər. Yəqin ki, onları mükafatları, o cümlədən mənzil və maşınları qaytarmağa məcbur etmək lazımdır.
Rusiya Antidopinq Agentliyi (RUSADA) antidopinq qaydalarını pozduqlarına görə idman yerişi ilə məşğul olan beş atletin diskvalifikasiya olunduğunu elan edib. Olqa Kaniskina, Sergey Kirdyapkin, Sergey Bakulin, Valeri Borçin və Vladimir Kanaykin müxtəlif müddətə diskvalifikasiya olunublar.
V.Fetisovun fikrincə, dopinq qalmaqalları ilə bağlı bütün sualları bu sahəyə nəzarət edən idman naziri Vitali Mutkoya vermək lazımdır.
Senator xatırladıb ki, idmançıların dopinqdən istifadə etməsini üzə çıxaran "B” nümunələri 10 il saxlanılır. Onun fikrincə, yarışlarda qələbəyə görə mükafatı idmançıya dərhal deyil, 10 il sonra vermək lazımdır. Məsələn, onun mükafatını müəyyən pensiya fondlarında saxlamaq olar.