1,5 milyard avroluq stadion

1,5 milyard avroluq stadion


İtaliyanın "Roma" klubunun 2017-ci ildə açılacaq yeni stadionu ən təhlükəsiz və yüksək texniki göstəricilərə malik olacaq. Bu barədə Roma meri İnyatsio Marino açıqlama verib.
O bildirib ki, inşaat işlərinə 1,5 milyard avro sərmayə qoyulacaq və tikintiyə 3000 işçi cəlb olunacaq: "Ümidvaram ki, biz "Roma" və "Latsio" arasında keçiriləcək derbidə təhlükəsizlik məsələlərindən narahatlıq keçirməyəcəyik".
Qeyd edək ki, stadionun ümumi tutumu 52 000 nəfər olacaq. "Roma" hazırda oyunlarını "Latsio" ilə birgə "Olimpiko" stadionunda keçirir. Bu arena 72000 tamaşaçı tutumuna malikdir və Bakı Olimpiya stadionu kimi 2020-ci il Avropa çempionatında qrup mərhələsinin 3 oyununa və 1/4 final matçlarından 1-nə ev sahibliyi edəcək.