Təmsilçimiz fiqurlu konkisürmə üzrə Avropa çempionatında iştirak edəcək

Təmsilçimiz fiqurlu konkisürmə üzrə Avropa çempionatında iştirak edəcək


Yanvarın 28-dən fevralın 1-dək İsveçin paytaxtı Stokholmdakı "Erikkson-Qlob” Arenada fiqurlu konkisürmə üzrə Avropa çempionatı keçiriləcək.
Çempionatda ölkəmizi fərdi yarışlarda Larri Loupolover təmsil edəcək.
İdmançımız təsnifat mərhələsində uğurla çıxış edəcəyi təqdirdə sərbəst proqramda iştirak hüququ qazanacaq.