“Təhsil” RİM-də gənclər arasında sərbəst güləş üzrə respublika birinciliyi keçirilib

“Təhsil” RİM-də gənclər arasında sərbəst güləş üzrə respublika birinciliyi keçirilib



Yanvarın 29-31-də 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idman zalında sərbəst güləş üzrə "Təhsil” Respublika İdman Mərkəzinin (RİM) respublika birinciliyi keçirilib.
1995-1997-ci il təvəllüdlü gənclər arasında 9 çəki üzrə təşkil olunan yarışda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 21 Uşaq-Gənclər İdman Məktəbindən 130 idmançısı iştirak edib. Yarışları Azərbaycan Güləş Federasiyasının təyin etdiyi beynəlxalq dərəcəli hakimlər idarə edib.
Yarışların yekunu olaraq yüksək nəticə göstərən idmançılardan "Təhsil” RİM-in yığma komandası müəyyən edilib. Yığma komanda mərkəzi fevral ayında yuxarıda göstərilən yaş qrupu üzrə Azərbaycan birinciliyində təmsil edəcək.
Respublika birinciliyində komanda hesabında Abşeron UGİM I, 6 saylı Uşaq-Gənclər Güləş Məktəbi II və "Təhsil” Respublika İdman Mərkəzi Gəncə filialı isə III yeri tutublar.

Şəxsi yarışlarda Tirxan Cəfərov (52 kq, "Təhsil” RİM Gəncə filialı), Pərviz Musayev (57 kq, "Təhsil” RİM Sumqayıt filialı), Məhəmməd Abdullayev (61 kq, Qax UGİM), Qüdrət Ağayev (65 kq, Abşeron UGİM), Ruslan Abdullayev (70 kq, "Təhsil” RİM Gəncə filialı), Hafiz Xəlilov (75 kq, Abşeron UGİM), Cavid Sadiqov (86 kq, 6 saylı UGGM), Üzeyir Yusufov ( 97 kq, 6 saylı UGGM), Adəm Xəlilov (125 kq, Qax UGİM) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.


Natiq Lahıcov,
"Təhsil” RİM-nin direktoru