Çaparımız beynəlxalq turnirin qalibi olub

Çaparımız beynəlxalq turnirin qalibi olub


Azərbaycan milli komandasının üzvü Camal Rəhimov növbəti uğurunu qazanıb. İspaniyada keçirilən "Oliva Nove” turnirində iştirak edən çaparımız bütün rəqiblərini qabaqlayaraq, birinci yerə layiq görülüb. Vaxtın nəzərə alınması ilə keçirilən yarışlarda idmançımız "Excenel V” ləqəbli atla marşrutu 72.62 saniyəyə qət edib və 50 lisenziya xalı qazanıb. Turnirdə 2-ci yeri "Summersalut” ləqəbli atla yarışan almaniyalı Ralf Runge tutub. "Surf du Moulin” ləqəbli atla mübarizə aparan fransalı Rafael Goers isə 3-cü olub.
Qeyd edək ki, bu turnir 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına lisenziya xalı qazandırır.