Sərbəst güləşçimizlərdən 11-i beynəxalq reytinqdə yer alıb

Sərbəst güləşçimizlərdən 11-i beynəxalq reytinqdə yer alıb


Dünya Güləş Birliyi (DGB) 2015-ci il yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Olimpnews.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sərbəst güləşçilərimizdən 11-i DGB-nin reytinq siyahısında öz yerlərini tutub. Ən yüksək göstərici isə son dünya çempionatının qızıl medalçısı Hacı Əliyev (61 kq) və gümüş mükafatçısı Xetaq Qazyumova (97 kq) məxsusdur. Hər iki güləşçimiz reytinqdə ikincidir.
İlk onluqda Əhmədnəbi Qvarzatilov (9-cu, 57 kq), Məhəmməd Müslümov (6-cı, 65 kq), Ruslan Dibirhacıyev (10-cu, 70 kq), Cəbrayıl Həsənov (10-cu, 74 kq), Həmzət Osmanov (9-cu, 86 kq) və Şərif Şərifov (7-ci, 97 kq) da var.
Digər güləşçilərimiz Cəmaləddin Məhəmmədov 11-ci, Aslan Dzebişov 14-cü, Əli İsayev (hər üçü 125 kq) isə 15-ci pillədə qərarlaşıblar.