11 sərbəst güləşçimiz beynəxalq reytinqdə yer alıb

11 sərbəst güləşçimiz beynəxalq reytinqdə yer alıb

Dünya Güləş Birliyi (DGB) 2015-ci ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Sərbəst güləşçilərimizdən 11-i DGB-nin reytinq siyahısında yer alıb. Ən yüksək göstərici isə son dünya çempionatının qızıl medalçısı Hacı Əliyev (61 kq) və gümüş mükafatçısı Xetaq Qazyumova (97 kq) məxsusdur. Hər iki güləşçimiz reytinqdə ikincidir.
İlk onluqda Əhmədnəbi Qvarzatilov (9-cu, 57 kq), Məhəmməd Müslümov (6-cı,
65 kq), Ruslan Dibirhacıyev (10-cu, 70 kq), Cəbrayıl Həsənov
(10-cu, 74 kq), Həmzət Osmanov (9-cu, 86 kq) və Şərif Şərifovun (7-ci, 97 kq) da adı var.
Digər güləşçilərimiz Cəmaləddin Məhəmmədov 11-ci, Aslan Dzebişov 14-cü, Əli İsayev (hər üçü 125 kq) isə 15-ci pillədədir.