“Samur” komandası vahid liderdir

“Samur” komandası vahid liderdir

Martın 31-də Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. Əvvəlcə meydançaya qadınlardan ibarət komandalar çıxıblar. "Bakı” - "Atasport-2” qarşılaşması isə təxirə salınıb.
İlk turda ölkə çempionatının gümüş mükafatçısı "Atasport-2” hokkeyçilərini məğlub edəndən sonra Qusarın "Samur” klubu bu gün Sumqayıtın eyniadlı komandası üzərində böyükhesablı qələbə qazanıb - 7:0. Birinci hissədə qusarlı qızlar rəqib qapısından 4 cavabsız top keçirdikdən sonra fasiləyə yollanıblar. Matçın ikinci yarısında da "Samur” rəqibinə heç bir şans verməyərək sumqayıtlıları daha 3 dəfə mərkəzə dəvət edib. Topları rəqib qapısından Kəmalə Qazıxanova, Yeganə Qazıxanova (2), Südabə Əliyeva, Günel İsmayılova, Gülarə İsmayılova və Günay İsmayılova keçiriblər. 2 turdan sonra "Samur” 6 xalla yarış cədvəlinə başçılıq edir. "Bakı” 3 xalla 2-cidir. "Ataspot 2” və "Sumqayıt”komandaları hələlik xal toplaya bilməyiblər. Qadınların yarışında növbəti turun oyunları aprelin 7-də keçiriləcək. B qrupuna daxil olan 15 yaşınadək oğlanlardadan ibarət komandalar da start oyunlarını keçiriblər. "Atasport-Binə” "Gəncə”ni (5:0), "Təhsil” (Bakı) isə "Olimp” (Masallı) komandasını (4:0) məğlub edib.