“Zenit” İdman Cəmiyyətinin sərbəst güləş üzrə açıq birinciliyi keçirilib

“Zenit” İdman Cəmiyyətinin sərbəst güləş üzrə açıq birinciliyi keçirilib


Fevralın 6-7-də "Zenit” İdman Cəmiyyətinin yeniyetmələr arasında sərbəst güləş üzrə açıq birinciliyi keçirilib. 
Olimpnews.az xəbər verir ki, yarışda Bakının "Zenit”, Gəncənin "Həyat” İdman Klubu, "Dinamo”, MOİK, "Təhsil” və "Qarabağ” komandaları iştirak ediblər. Birincilik uğrunda 10 çəki dərəcəsində 94 idmançı öz qüvvəsini sınayıb.
Telman Əliyev (42 kq, Gəncə), Emin Talıbov (46 kq, "Zenit”), Emil İsmayılov (50 kq, "Zenit”), Ülvi Hacızadə (54 kq, Gəncə), Ruhan Məmmədov (58 kq, "Zenit”), Vasif Niyazlı (63 kq, Gəncə), Fuad Babayev (69 kq, Gəncə), Allahverdi İsmayılov (76 kq, Gəncə), Surxay Muradov (85 kq, "Zenit”), Ağa Ağayev (85+ kq, MOİK) fəxri kürsünün ən yüksək pilləsində qərar tutublar.