Güləşçilərimiz Moskvadan 1 qızıl və 1 bürünc medalla qayıdıblar

Güləşçilərimiz Moskvadan 1 qızıl və 1 bürünc medalla qayıdıblar


Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu Boris Qureviçin xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal qazanıblar.
42 kq çəki dərəcəsində mübarizə aparan Elşad Məmmədov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. 69 kq-da yarışan Ülvi Qənizadə isə fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb və bürünc medala layiq görülüb.
Zaur Nuriyev (46 kq) və Camal Feyziyev (100 kq) isə həlledici görüşdə uduzaraq turniri 5-ci sırada başa vurublar.