Olimpiadaya gedən yolda daha bir mərhələ geridə qaldı

Olimpiadaya gedən yolda daha bir mərhələ geridə qaldı


İspaniyada təşkil olunmuş "Oliva Nova” beynəlxalq turnirinin ikinci mərhələsi keçirilib. Atçımız Camal Rəhimov maksimal 50 xaldan 40-nı toplayaraq yarışın növbəti mərhələsinə adlayıb. Qeyd edək ki, çaparımız turnirin ikinci həftəsində Ranking Classda 3-cü yeri tutub.
İspaniyada təşkil olunan turnir 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya oyunlarına iştirak üçün xal qazandırır. Qarşıda çaparımızı yarışın növbəti 10 mərhələsi gözləyir.
Qeyd edək ki, iki turun yekun nəticəsinə görə Camal Rəhimovun hesabında 90 xalı var. (ilk mərhələdən 50 xal).