Gimnastika yarışlarında 32 idmançı iştirak edib

Gimnastika yarışlarında 32 idmançı iştirak edib


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi keçirilib. Turnirdə 32 idmançı birincilik uğrunda mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən 2004-2006-cı illər təvəllüdlü gimnastların yarışında Fəridə Ağayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2001-2003-cü illər təvəllüdlü idmançıların mübarizəsində isə Fatimə Babayeva birinci olub. Böyüklərin turnirində isə Anastasiya Koltunova birinci yerə layiq görülüb.
İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.