Güləşçilərimiz Avropa Oyunlarına hazırlıqla bağlı “Təxti kuboku”nda yarışacaqlar

Güləşçilərimiz Avropa Oyunlarına hazırlıqla bağlı “Təxti kuboku”nda yarışacaqlar


Fevralın 12-13-də İran İslam Respublikasının Kirmanşah şəhərində güləş üzrə böyüklər arasında ənənəvi "Təxti kuboku” adlı beynəlxalq turnir keçiriləcək. Turnirdə sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamızın üzvləri də iştirak edəcəklər.
Məşqçilər Rövşən Hacıyev və Siracuddin Eldarovun rəhbərliyi altında turnirə yollanacaq sərbəst güləş üzrə yığmamızın heyətində Pərviz İbrahimov, Etibar Hacıyev (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq), Coşqun Əzimov (65 kq), Kamran Yunusov (70 kq), Mircəfər Murtuzlu (74 kq), İbrahim Yusubov və Məhəmməd Abdulxaliqov (hər ikisi 86 kq) yer alıblar.
Yunan-Roma güləşçilərimiz turnirdə məşqçilər Əfsər Namazəliyev və Fuad Rəhmaninin rəhbərliyi altında iştirak edəcəklər. Yarışda Taleh Məmmədov, Orxan Əhmədov, Murad Bazarov, Sakit Quliyev (hamısı 59 kq), Azad Əliyev, Rövşən Tağıyev (hər ikisi 66 kq), Fuad Əliyev (80 kq) və Türmən Eyyubov (98 kq) çıxış edəcəklər.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edəcək.