Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika (AAGF) Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.
İclasda ötən ilin yekunları, maliyyə hesabatı, elmi-tədqiqat qrupunun hesabatı, həmçinin Avropa Oyunlarına hazırlıq planı və digər önəmli məsələlər müzakirə olunub və təsdiq edilib.
İclasdan sonra İtaliya və Finlandiyadan olan gimnastların iştirakı ilə bədii gimnastika üzrə yığma komandanın yoxlama-məşq toplanışı keçirilib.