Avropa çempionatından qızıl medal

Avropa çempionatından qızıl medal

Martın 21-26-da Park İNN hotelində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə pauerliftinq üzrə Avropa çempionatı keçirilib.
Çempionatda pauerliftinqin müxtəlif növləri üzrə ayrı-ayrı çəkilərdə mükafatçılar müəyyənləşib. Yarışda Daxili İşlər Nazirliyinin təmsilçisi Kamil Qafarov uğurla çıxış edərək mükafatçılar sırasında qərarlaşıb. Bu idmançı 82,5 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Qeyd edək ki, Kamil Qafarov bu idman növünün digər versiyası üzrə isə gümüş medala sahib çıxıb. Məlumat üçün bildirək ki, Kamil bundan əvvəl Avropa çempionatında, ölkədaxili və beynəlxalq yarışlarda medallar əldə edib. Hazırda o, may ayında Soçidə təşkil olunacaq dünya çempionatına hazırlaşır.