Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb


"Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb.
Çempionatın ilk günündə sərbəst güləş yarışları keçirilib. Ölkəmizin bütün rayon və şəhərlərindən 136 pəhləvanın mübarizə apardığı yarışda qalib və mükafatçılar müəyyənləşib. Şəhriyar Salmanov (50 kq, Cəlilabad, Gömrükçü), Əfqan Xaşalov (55 kq, Zenit İC), Cahid Həsənzadə (60 kq, Abşeron, Neftçi İK), Teymur Məmmədov (66 kq, Azəri İK), Murad Süleymanov (74 kq, Gəncə, Neftçi İK), Axra Cengeniya (84 kq, Atasport), Nurməhəmməd Hacıyev (96 kq, Atasport), Səid Həmidov (120 kq, Atasport) fəxri kürsünün ən yüksək pilləsində qərar tutublar.
Çempionatın ikinci günündə yunan-Roma güləşi üzrə yarışlar keçirilib. Ölkəmizin bütün rayon və şəhərlərindən 148 pəhləvanın mübarizə apardığı yarışda Azər Nəsibli (50 kq, Sumqayıt, Təhsil İC), Ramiz Məmmədov (55 kq, Neftçi İK), Kərim Cəfərov (60 kq, Neftçi İK), İslambek Dadov (66 kq, Atasport), Mehrac Kərimov (74 kq, Neftçi İK), Elton Vəzirzadə (84 kq,Neftçi İK), Soslan Fanziyev (96 kq, Atasport) və Zamir Məhəmmədov (120 kq, Atasport) qalib adını qazanıblar.
Hər çəki dərəcəsində mükafatalayiq yerləri tutan idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunublar. Bu idmançılar, həm də yığma komandanın heyətinə cəlb olunublar.