Məşqçilərə və idmançılara arı məhsullarının faydası haqqında məlumatlar veriləcək

Məşqçilərə və idmançılara arı məhsullarının faydası haqqında məlumatlar veriləcək


İdman özü xüsusi bir dünyadir, bu daimi məşqlər, yarlşlar, nəticələr deməkdir. Yaxşı nəticələr əldə etmək üçün yarışdan qabaq, məşqlər zamanı idmançılar fiziki cəhətdən həddən artıq yüklənirlər və bu da orqanizmə ciddi ziyan vura bilər.
Bunun nəticələrini aradan qaldırmaq həm məşqçilər, həm idmançılar və həm də idman həkimləri üçün asan məsələ deyil. Həddindən artıq fiziki yüklənmədən sonra bərpaedici vasitələr üçün müxtəlif sistemlər hazırlanıb, tətbiq olunub və idmançıların düzgün qidalanması əsas üsul kimi göstərilib. Mütəxəssislər idmançıların qida növlərinin miqdarı və uyğunluğu sahəsində daim axtarışlar aparırlar. Qida bazarında mütəmadi olaraq yeniliklər təklif olunur. Belə ki, Rusiya Federasiyasının Xantı-Mansiysk şəhərində yerləşən Olimpiya ehtiyatları kollecində patentləşdirilmiş və universal qida məhsulu tədqiqatdan keçmişdir. Təqdim olunan qida məhsulu idman növünün bütün kateqoriyalarına universallığı ilə uyğun gəlir: Məşqlərdən sonra itirilmiş enerjini bərpa edir, təbiidir, dopinq nəzarətindən keçmiş, tərkibində QMO və nano-texnologiya askarlanmamışdır. Bu məhsullar insan hüceyrələrinə uyğundur, yeniyetmə və gənc idmançılar üçün qəbulu məsləhət görülür. Bu məhsullar 2014-cü ildə potentləşdirilmiş və sənaye istehsalına başlanmışdır.
Bakı səhərində fəaliyyət göstərən Arı Sağlamlıq Mərkəzinin Rusiya Federasiyasından xüsusi dəvət etdiyi həkim-riabilitoloq, professor İldar Qalimov məhsullar haqqında mühazirə edəcək və məhsulların təqdimatını keçirəcək. Fevral ayının 20-də saat 16-00-da Nərimanov rayonunda "Yeni Azərbaycan partiyası” nın binasında keçirilən bu tədbirdə insan orqanizmini sağlamlaşdıran arı məhsullarının faydası haqqında geniş məlumat veriləcək.
Tədbirə məşqçilər, idmançılar, idman müəllimləri və həkimlər dəvət olunurlar.
Əlaqə telefonları: (012) 465 34 56; (050) 668 89 00