Mas-reslinq üzrə açıq Bakı çempionatı keçirilib

Mas-reslinq üzrə açıq Bakı çempionatı keçirilib


Fevralın 15-də "Sədərək” idman klubunda mas-reslinq üzrə açıq Bakı çempionatı keçirilib. Yarışda Bakı klubları ilə yanaşı, Mingəçevir və Zaqatala idmançılar da iştirak ediblər. Bundan əlavə, turnirdə çıxış edən idmançılar arasında İrlandiya təmsilçisi Mətt Okonnor (105 kq) də qüvvəsini sınayıb. 60 idmançının iştirak etdiyi yarışlar 60 kq, 70 kq, 80 kq, 90 kq, 105 kq və +105 kq çəki dərəcələri üzrə keçirilib. Yarışın keçirilməsində əsas məqsəd idmançıların fiziki hazırlığını yoxlamaq və Azərbaycan çempionatında iştirak edəcək heyəti müəyyənləşdirmək olub. Gərgin mübarizə şəraitində keçən yarışda paytaxt idmançıları Fərid Eyvazov (60 kq), Stonislav Kondakov (80 kq), Soltan Ağayev (90 kq), Nuru Məmmədəliyev (105 kq), Sadıq Əhmədov (+105 kq) və Rövşən Xəlilov (70 kq, Mingəçevir) birinci yerə layiq görülüblər.
Qaliblər Azərbaycan Mas-reslinq Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.