Qolfun əfsanəsi karyerasına fasilə verib

Qolfun əfsanəsi karyerasına fasilə verib


Amerikalı qolfçu Tayqer Vuds karyerasına fasilə verib. Buna səbəb idmançının zəif oyun nümayiş etdirməsi və aldığı zədələrdir. Qeyd edək ki, ötən həftə 39 yaşlı qolfçu belindən aldığı zədə səbəbindən San-Dieqoda keçirilən turniri yarımçıq tərk edib.
"İndi mənə öz oyunum üzərində çox işləmək lazımdır. Ağrılarım ucbatından sonuncu turnirdə pis çıxış etdim. Bu çıxış isə qolf turinirlərində qalib gəlmək üçün kifayət etmir. Son zamanlar bir- birinin ardınca zədə alırdım. İndi özümü yaxşı hiss edirəm. Mən formamı bərpa edən kimi qolfa qayıdacağam”, - deyə Vuds bildirib.
Qeyd edək ki, Vuds karyerası ərzində qolf üzrə 14 dəfə Böyük Dəbilqə turnirinin qalibi olub.