İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilir. Yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edirlər.
A qrupunda İran, İsveç və Almaniya komandaları ilə mübarizə aparan Azərbaycan güləşçiləri əzmkarlıq nümayiş etdiriblər. İlk mərhələdə yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurublar. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni tarix yazıb. Belə ki, yığmamız ilk dəfə olaraq Dünya Kubokunun finalına vəsiqə qazanıb.
Qeyd edək ki, B qrupunda Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları yarışıblar.
Finalda güləşçilərimiz qrupun birincisi olan Rusiya yığması ilə qarşılaşacaq. Final görüşü 20 fevral saat 18:00-da başlayacaq. İran və Türkiyə yığmaları isə 3-cü yer uğrunda görüşə çıxacaq.
Azərbaycan -İsveç 7:1
59 kq - Elman Muxtarov - Joakim Fagerlund 5:0
66 kq - Kamran Məmmədov - Frunze Harutunyan 6:2
71 kq - Rəsul Çunayev - Şarur Vardanyan 4:0 (tuşe)
75 kq - Elvin Mürsəliyev - Robert Rosengren 8:0
80 kq - Rafiq Hüseynov - Lenni Persson 8:0
85 kq - İslam Abbasov - Jim Pettersson 2:0
98 kq - Orxan Nuriyev - Teodoros Tounusidis 2:1
130 kq - Sabah Şəriəti - Johan Euren 0:2